“Məhkəmə iddiaları xarici şirkətləri Azərbaycana vurduqları ziyanı ödəməyə məcbur edə bilər” – ŞƏRHbackend

“Məhkəmə iddiaları xarici şirkətləri Azərbaycana vurduqları ziyanı ödəməyə məcbur edə bilər” - ŞƏRH

Azərbaycan torpaqlarının işğalı zamanı qanunsuz olaraq onun təbii sərvətlərinin hasilatı ilə məşğul olan xarici şirkətlərlə bağlı məhkəmə prosesi başlayır.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın qızıl yataqlarını işlədən xarici şirkətləri ölkə iqtisadiyyatına vurduqları ziyanı könüllü olaraq ödəməyə çağırmışdı. Dövlət başçısının sözlərinə görə, artıq tanınmış beynəlxalq hüquq şirkətləri məsələyə cəlb edilib və indi məhkəmə müraciət üçün hazırlıq işləri gedir: “Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəməyə gedəcəklər”.

KONKRET.az xəbər verir ki, Rusiyalı iqtisadi ekspert Vladislav İsayev məsələni şərh edərək bildirib ki, “xarici şirkətlər yaxşı hüquqi dəstəkləri olan Qərb məhkəmələrində mühakimə edilməli olacaqlar. Bundan əlavə, siyasi motivasiyanı da nəzərə almaq lazımdır, bunsuz mümkün deyil. Amma hesab edirəm ki, razılaşmalar mümkün olacaq, axı bütün bu şirkətlər bəlkə də, Azərbaycanın ötən ilki müharibədə qaytardığı ərazilərdə özlərinin gələcəkdə görə biləcəkləri işlərdə maraqlıdırlar. Ona görə də, məhkəmə iddiaları bu şirkətləri vurduqları ziyanı ödəməyə məcbur edə bilər. Və əgər Prezident İlham Əliyev məhkəmə işlərindən danışırsa, deməli, vəziyyət artıq mümkün risklər üçün hesablanıb”, –  deyə Vladislav İsayev qeyd edib.

Ekspertin sözlərinə görə, böyük ehtimalla, barışıq razılaşması əldə olunacaq, şirkətlər dəymiş ziyanın ödənilməsinə razılıq verəcək: “Bundan əlavə, tərəflər arasında anlaşma əldə olunarsa, bəlkə də Azərbaycan da müəyyən güzəştlərə gedə bilər”.

/oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*