Bakı Kommersiya Məhkəməsində “Xalq Bank” ASC-nin “Antenn” Müstəqil Teleradio Kompaniyasına (radio ” Antenn” 101 FM) qarşı məhkəmə iclası davam etdirilib.
KONKRET.az xəbər verir ki, hakim Zaur Pirverdiyev sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.
Qeyd: “Xalq Bank” ASC “Antenn” Müstəqil Teleradio Kompaniyasını məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: Mətbuatda “Antenn” Müstəqil Teleradio Kompaniyasının AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərilə bağlılığının olduğu yazılır. Bildirilir ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biri olub. Bu məlumat bu günə kimi təkzib olunmayıb. Pravda.az
