Məktəblərdə dərslər ən azı 14 gün dayandırılmalıdır – Təhlükə böyüyürbackend

Məktəblərdə dərslər ən azı 14 gün dayandırılmalıdır - Təhlükə böyüyür

Hazırda ölkə ərazisində tüğyan edən qızılca xəstəliyi xüsusilə azyaşlılar və şagirdlər arasında geniş yayılıb. Mövcud vəziyyət ölüm hallarının qeydə alınması ilə daha da təhlükəli olmağa başlayıb. Virusun orta məktəblərdə sürətlə yayılması valideynlər arasında təşviş və narahatlıq yaradır. Təhsil müəssisələrində sürətlə artan yoluxma hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

KONKRET.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bununla bağlı “Yeni Sabah”a açıqlama verib.

Ekspert bildirir ki, məktəbdə hətta bir nəfərin xəstəliyə yoluxması da çox təhlükəli haldır:

Hal-hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bu o deməkdir ki, hər gün çoxsaylı ailələrdən uşaqlar məktəbə gedir və evə qayıdır. Bu müddət ərzində yolda, məktəbdə, ictimai nəqliyyatda, insanlarla bu və ya digər formada ünsiyyətdə olurlar. Bu da xəstəliyə yoluxan şəxslə birbaşa əlaqəyə keçmə ehtimalını çoxaldır. Hesab edirəm ki, hazırda mövsümi xəstəliklərin də yayılması və pandemiyanın tam olaraq başa çatmadığını nəzərə alanda müəyyən müddət ərzində təhsil prosesində məsafəyə ehtiyac olduğu görünür. Çünki istər orta məktəblərdə, istərsə də ali təhsil müəssisələrində kifayət qədər böyük sayda insan təhsil alır. Bu zaman xəstəliyə yoluxan bir nəfərin digər bütün insanları təhlükə qarşısında qoyması qaçılmaz olur.

Qarşılaşdığımız vəziyyətlə bağlı iki əsas məsələ var: orta ümumtəhsil müəssisələrində tibbi xidmət sahəsində problemlərlər; məktəblilərin hər hansı bir formada tibbi müayinəyə cəlb olunmaması. Sadalanan amillər yoluxma sayına öz təsirini göstərir. Çox təəssüf ki, iki şagirdimiz artıq vəfat edib. Bir məktəbdə isə ibtidai siniflər dərslərinə distant formada davam edəcək. Bunun əsas səbəblərindən biri ehtimal olunan yoluxmanın əhatə dairəsini daraltmaqdır. Təhsil müəssisələrindəki insan sayını nəzərə alsaq, görərik ki, olduqca böyük rəqəmlərdən danışılır. İnsanlar arasındakı əlaqələrdə sosial məsafənin gözlənilmədiyi məkanlar sırasında məktəblər də var. Bu səbəbdən yoluxma hallarının müşahidə edildiyi məktəblərdə dərslər ən azı 14 gün onlayn rejimə keçirilməlidir. Ənənəvi tədris üsulu hal-hazırda çox təhlükəlidir. Bu hal yoluxma sayına birbaşa təsir göstərən amildir”.

  • vasif
    Dekabr 3, 2023 - 11:56

    bu nə oyundu?millətin imkanı var internetə?bəlkə evimde telefon yoxdu,komputer yoxdu.mənim evimde 3 uşağ var mən hardan getirim?xesde uşax məktebə buraxılmasın çıxış yolu budur.fiso.yoxsa distant tehsil yox.millıti psix ediblər besdirin bu biyabirçılığdan əl çəkində.

    • Solmaz
      Dekabr 3, 2023 - 14:57

      Eylence merkezlerini baglasinlar. Yeni il bayrami gelir. Mekteblerde yeni il bayramlarina gore kollektiv gezintiler planlawdirilir. Eylence merkezlerinde ve s yerlerde o qeder uwaq olavaq ki… Bes bunlara niye baxilmir?

    • Tural
      Dekabr 4, 2023 - 22:39

      Qizilca hele xestelik elametlerini vermemisden 1-2 gun qabaq kecici ola bilir.

  • samir
    Dekabr 3, 2023 - 11:58

    xalqı deyə deyə xesdə ediblər.xesde övladını valiydeyin buraxmasin məktebə budur çıxış yolu.yoxsa tehsili karona vaxtı kimi uçruma aparmaq yox.hələ olan olmazı veririk əlave dersdere müəllimləre,səbəb?çunki karona vaxtı dersder berbad gunə qaldi övladlarmız tehsil ala bilmedi deyə pul tökuruk müəllimələre ki,dersder tekrar öyretsin.

    • Naz
      Dekabr 4, 2023 - 00:33

      Qıxılca su cicəyi elə bir xəstəlikdiki kecdiyi gün özünü biruza vermir. Yəni valideyn sağlam olaraq məktəbə uşaq göndərir ama həmin uşaqda əslində virus olur və buda yayılır ona görədiki bir sinifdə vəya bir məktəbdə 1 və ya 2 uşaq qızılca olarsa məktəb bağlanlr .Cünki tam olaraq bilmək olmur yoluxma kimdə var kimdə yox buna görədə bağlanmağı məsıəhətdi zarafat deyil 3 uşaq artıq dünyasını dəyyişib . Onsuzda helədə belədə validynlər müəllim yanına hazırlığa qoyur uşağı

  • Cavid
    Dekabr 3, 2023 - 14:34

    Mən də xəstə uşaqların məktəbə göndərməməyin tərəfdarəyam. Amma bu xəstəlik özünü yoluxmadan 5-6 gün sonra biruzə verir. Və vu dövr ərzində xəstə adam ətrafındakıları özü də bilmğdən yoxdurur. O üzdən distant təhsilə keçmək daha məqsədəuyğundur. Yoxsa önünü almaq olmayacaq. Bu karona deyil,yalandan rəqəm yazılsın. Fakt insan səpir və vəziyyat üzüaşağı gedir

  • Gülü
    Dekabr 4, 2023 - 07:31

    Dolamısınız camaatı? Fikriniz nədi? İndi nə corab hörəcəksiniz camaatın başına? Qızılca hər vaxt olub, Valideynlər diqqətli olsunlar, xəstə uşağını evdə saxlasınlar, vəssalam.Xarici dövlətlər təhsili yüksək etmək üçün çalışır, bizdə isə pis vəziyyətdə olan təhsili daha da pisə çevirmək üçün hər cür hoqqabazlıq edirlər.

  • ilqar
    Dekabr 5, 2023 - 04:24

    qizilcadan insanlar ölə bilər hətta kecirməsin insan o qədər hiss etmir bu səbəbdən uşaqlarda zəifdir. Məktəblərə təsir edə bilər ümumi olaraq kütlə qorxusu var bu səbəbdən bir necə obyektlər nəzərə alınmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*