
Monqolustan paytaxtı Ulan-Batorda şəhər informasiya və texnoloji idarəsi məktəblilərin təhlükəsizliyi üçün GPS bilərziklərini paylamağa başlayıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bələdiyyə iki aydır uşaq avtobusunun yaradılması layihəsini həyata keçirir. Ancaq bir çatışmazlıq var ki, valideynlər uşaqları avtobusa minəndə, məktəbə getdikdə və evə qayıdanda harada olduqlarını bilmirlər. Buna görə şəhər meri lazımi tədbirlərin görülməsi və texnoloji cihazların tətbiqi barədə tapşırıqlar verib. “Ubşool” adlı layihəsi çərçivəsində GPS qolbaqlarının tətbiq edilməsi məqsədəuyğun hesab edilib.
Əvvəllər Ulan-Batorda yalnız bir neçə özəl məktəbdə uşaqların avtobus xidmətləri mövcud idi. İndi ucqar ərazilərdə minlərlə tələbə keçən il 14 noyabrda işə başlayan məktəb avtobuslarının xidmətlərindən istifadə edə biləcəklər.
Ulan Bator şəhər administrasiyasından verilən məlumata görə, gündə iki dəfə 27 orta məktəbdən 3 minə yaxın şagird cəmi 40 avtobusla daşınacaq. Məktəb avtobusları Ulanqardakı tıxacları azaltmağa kömək edəcək, çünki valideynlər artıq uşaqlarını günün sonunda götürməli olmayacaqlar.
