Vahid Milli Hərəkat və onun müttəfiqləri 7 noyabrda Tiflisdə genişmiqyaslı etiraz aksiyası keçirəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri VMHP-nın sədri Nika Meliya hazırda davam edən parlament önündəki aksiyada elan edib.
O deyib ki, buna qədər partiya liderləri regionlara gedəcək və Batumi, Kutaisi də daxil olmaqla, müxtəlif şəhərlərdə aksiyalara qatılacaqlar:
“Biz, sizinlə birgə, geri çəkilməyəcəyik və ölkəni başdan-başa cəbhəyə çevirəcəyik. Bizi olduqca maraqlı, tarixi, ağır və vacib macəra gözləyir, biz əl-ələ getməliyik və dostu da, düşməni də təəccübləndirməliyik”
N.Meliya ötəngünkü seçkilərin total şəkildə saxtalaşdırıldığını da bildirib.
Qeyd edək ki, ötən gün yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilib. MSK-nın nəticələrinə görə, hakim Gürcü Arzusu 20 şəhər və rayonda keçirilən seçkilərin 19-da (o cümlədən Tiflisdə) qalib gəlib.
