Məmmədyarov Firuzca ilə qarşılaşacaqbackend

Məmmədyarov Firuzca ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.

KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VI turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gələcək.

Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub. O, II, III və IV turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 1,5 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*