“Məmurlar, yatmısınız? Nəqliyyat yox, yollar bumbuz. Biz nə edək?” – FOTObackend

“Məmurlar, yatmısınız? Nəqliyyat yox, yollar bumbuz. Biz nə edək?” - FOTO

“İrəvan meriyasındakı məmurlar, yatmısınız? Nəqliyyat yoxdur, yollar bumbuzdur. Bir neçə saat davamlı yağan qar  səbəbindən Ermənistanın paytaxtı ciddi problemlərlə üzləşib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, nəqliyyat çatışmazlığı şəhəri əsl cəhənnəmə döndərib.

Sosial şəbəkələrin erməni seqmentindəki istifadəçilər tərəfindən yazılan və yayımlanan şəkillər İrəvan Bələdiyyəsinin yolların və küçələrin təmizlənməsi ilə bağlı iş aparmadığını göstərir.

İrəvanın demək olar ki, bütün prospektlərində tıxaclar, qəzalar var, ictimai nəqliyyat normal işləmir, bu səbəbdən dayanacaqlarda çox sayda insan kütləsi görmək olar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*