Məmurlara nəzarət xalqa verilir – Monqollar dünyada görünməmiş sistem qurdubackend

Məmurlara nəzarət xalqa verilir - Monqollar dünyada görünməmiş sistem qurdu

Monqolustan vətəndaşlara korrupsiyaya qarşı mübarizəni izləməyə imkan verən yeni axtarış sistemini təqdim edir. KONKRET.az yerli mediaya istinadən xəbər verir ki,

Korrupsiyaya qarşı mübarizə agentliyi bir sətirli axtarış sistemini təqdim edib. Sistemdə aktivlər haqqında bəyannamələr, dövlət qeydiyyatı, lisenziyalar, tenderlər və seçkilər də daxil olmaqla geniş məlumatlar mövcuddur.

Belə ki, agentlik beş dövlət qurumunun məlumatlarını özündə birləşdirən “Opendatalab.mn” açıq məlumat bazası yaradıb. Bu, vətəndaşlara dövlət məmurlarının pulları necə xərclədiyini izləmək və nəzarət etmək imkanı verəcək.

Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Agentliyi bu sistemin istifadəsi və təbliğat mövzusunda təlimlər təşkil edir. Agentlik rəsmilərinin sözlərinə görə, vətəndaşlar məmurların məlumatlarını axtarıb təhlil edə bilərlər.

Axtarış sistemində beş əsas əsas məlumatlar var. Bu, yüksək riskli korrupsiya kanallarına nəzarət etməyə imkan verəcək. Məsələn, şirkətin adını axtararkən kimin sahibi olduğunu görə bilərsiniz. Şirkətləri tender almış məmurların gəlir bəyannamələrini görmək mümkün olacaq. Bununla da korrupsiyaya qarşı mübarizədə ciddi effekt olacaq. Çünki artıq onlara nəzarət xalqa verilir.

Bunu Antikorrupsiya Agentliyinin Milli Proqram Ofisinin rəhbəri, Komissar D. Dulamsuren açıqlayıb.

Bir cavab yazın