“Azəriqaz”a zəng vurusan deyir sizin sıra nömrəniz 44. Rabitə Nazirliyinə zəng vurursan deyir sizin sıra nömrəniz 26. Azərbaycanda informasiya texnologiyalarının tətbiqi bundan ibarətdir. Sonra da mobil telefondan pul silinir. Dövlətin adından vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur?”
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyev sosial şəbəkə hesabından yazdığı statusda bildirib.
Yazıçı fikirlərini bu cür davam etdirib:
“Sovet vaxtı sinif yoldaşım müştərini 20 qəpik aldatdığı üçün 4 il həbsdə yatdı. Müstəqillik gələn kimi icra başçısının müavini oldu. “Ulutel” şirkətinə ayda 16 manat ödəyirəm, gündüzlər internet yoxdur. 4594829 nömrəsinə görə ayda 12,5 manat ödəyirən, heç zummer də yoxdur, nəinki internet.
Müstəmləkəçilər düz deyir: müsəlmanlar özlərini idarə edə bilmir. Onlar ancaq xarici kəşfiyyat orqanlarının sifarişi nən öz prezidentlərinin telefonunu yazıya ala bilirlər”.
Qeyd edək ki, Rəhim Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır.(Bizim.Media)

Bunlara nə qədər imkan yaradılsa da dövlətdən də, hakimiyyətdən də narazı qalacaqlar. Sanki kimlərinsə bunların dəstələrinə borcu varmış kimi davranacaqlar. Oglu nazir müavini keçər keçməz Prezidentlik xəyalının aguşunda olduqları heç şübhəsizdir. Çünki nankordurlar.Oğlu dövlətin verdiyi imkanlarla xalqın haqqını yeyərək milyonlar qazanır, bu qəpiyinin davasından qalmır ki, ” haqqımı tələb edirəm”.