Rusiyada barəsində “ordu haqqında yalan məlumatların yayılması” ittihamı ilə cinayət işi açılmış müxalif jurnalist Valeriya Ratnikova bildirib ki, onun işinə FTX-nin yüksək rütbəli əməkdaşı, general-mayor Aleksandr Samofal nəzarət edir.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ratnikova özünün telegram kanalında dsnışıb.
Onun sözlərinə görə, Samofalın adının əvvəllər Aleksey Navalnı, Vladimir Kara-Murza və siyasətçi Nikita İsayevin zəhərlənməsi hadisələrində də hallanıb.
Jurnalistin dediyinə əsasən, ona təqdim edilən cinayət işinin materiallarında Samofalın may ayında İstintaq Komitəsinə onun haqqında aparılmış operativ-axtarış tədbirlərinin nəticələrini təqdim etdiyi göstərilir. Bu qərar jurnalistin “ordu haqqında yalan məlumat yaymaqda” ittiham olunmasına əsas yaradıb.
İstintaq araşdırmalarına görə, Samofal keçmişdə FTX-nin ikinci xidmətində (Konstitusiya quruluşunun mühafizəsi və terrorla mübarizə) çalışıb və 2017-ci ildə Navalnının “Kirovles” işi üzrə yenidən məhkəməyə çıxarıldığı vaxt onu izləyib. Jurnalist “Dossier” mərkəzinin araşdırmalarına istinad edərək bildirir ki, Samofal Navalnının ilk dəfə zəhərlənməsi ehtimal olunan epizodda da iştirak edib.
General-mayor həmçinin Avropa İttifaqının sanksiya siyahısındadır. Rəsmi sənədlərdə həmin sanksiyaların səbəbi “Vladimir Kara-Murzanın zəhərlənməsində iştirakı” kimi göstərilir.
