Mənzildə 85 yaşlı kişinin meyiti aşkarlandıbackend

Mənzildə 85 yaşlı kişinin meyiti aşkarlandı

Sumqayıt şəhərində evdə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Abdullayev Kərəm Mikayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*