Lukaşenko Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən AİB sammitinə piyada gəlib.
KONKRET.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko AİB liderlərinin görüşü üçün Konqres zalına piyada gəlib.
O bi8ldirib ki, avtomobilin işə düşməməsi səbəbindən piyada gəlməli olub.
“Mən gecikməmişəm? Mercedes işə düşmədi, piyada gəldim”, – deyə Belarus lideri təbəssümlə bildirib.
Xatırladaq ki, AİB sammiti “Ala-Arça” dövlət iqamətgahında şəxsən keçirilir.
Xuraman Etibarlı,
KONKRET.az