“Mercedes” TIR-ın altına girdi – VİDEObackend

“Mercedes” TIR-ın altına girdi - VİDEO

Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, yağışlı hava şəraitində manevr edən “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə ötmə əməliyyatı edən avtomobil sağ tərəfdə hərəkətdə olan ağırtonnajlı yük maşını TIR-a çırpılıb. Avtomobilin sağ tərəfi yük maşınının alt hissəsinə toxunub və yarıaşmış vəziyyətdə qalıb.

Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*