“Mercedes” “VAZ”-la toqquşdu – Ölən və yaralı var / YENİLƏNİBbackend

"Mercedes" "VAZ"-la toqquşdu - Ölən və yaralı var / YENİLƏNİB

Yevlaxda ölən və yaralanan şəxsin kimliyi məlum olub.

KONKRET.az-ın məlumatına görə, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

16:08

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, Yevlax şəhərində “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub.  Qəza nəticəsində bir nəfər ölüb. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*