Mərkəzi Bank 8 dəfə pul siyasətinə baxacaqbackend

Mərkəzi Bank 8 dəfə pul siyasətinə baxacaq

2026-cı ildə Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq.

Fevral, may, avqust və noyabrda qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək.

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*