Fövqaladə Hallar Nazirliyi (FHN) barəsində cərimə protokolu yazılıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Cavadzadənin icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 7-nə təyin edilib.
Qeyd: 2020-ci ildə də Mərkəzi Bank FHN barəsində eyni xətai ilə bağlı protokol tərtib etmişdi. Yasamal Rayon Məhkəməsi nazirliyi 331 min avro (təxminən 610 000 AZN – red.) məbləğində cərimələmişdi.
