Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçirilib.
KONKRET.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament yaradılıb. Bunlar, Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentidir. 1-ci departamentə direktor Samir Rzayev, 2-ci departamentinə direktor isə Xəyyam İsmayılov təyin edilib.
S.Rzayev indiyə qədər AMB-nin Maliyyə monitorinqi departamentinin direktoru, X.İsmayılov ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi olub. Maliyyə monitorinqi departamentinə rəhbərlik Orxan Abdullayevə həvalə olunub.
Bundan başqa, AMB-də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti yaradılıb. Ona hələ ki, direktor təyin olunmayıb.
Eyni zamanda, Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev vəzifəsindən azad edilib.