Mersinin Anamur bölgəsində iki qadın bir kişinin üzərinə benzin tökərək həyatına qəsd ediblər.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İskele məhəlləsində baş verib. Həsən Ercan və onun qonşuluğunda olan iki qadın arasında bilinməyən bir səbəbdən mübahisə yaranıb. Nəticədə onlar Ercanın üstünə benzin tökərək yandırıblar. Hadisə yerinə polis, yanğınsöndürən və tibb briqadası gəlib. Ercanın həlak olduğu müəyyənləşib. Onun cənazəsi bu gün Bozyazı rayonunda dəfn olunub. İstintaqa başlayan polis hər iki şübhəli qadını saxlayıb.
KONKRET.az

