Məryəm Rəcəvinin ölkəyə girişinə qadağa qoyuldubackend

Məryəm Rəcəvinin ölkəyə girişinə qadağa qoyuldu

Albaniyada “Mücahedin-e Xəlq” qruplaşmasının lideri Məryəm Rəcəvinin ölkəyə girişini qadağan edib.

KONKRET.az Təsnim-ə istinadla xəbər verir ki, bu barədə məlumatlı təhlükəsizlik mənbələri danışıb.

Bu mənbələrin məlumatına görə, məhkəmə qruplaşmanın İran daxilində terror fəaliyyətinə rəhbərlik etdiyini göstərən mövcud sənədləri araşdırdıqdan sonra Rəcəvinin Albaniyaya girişinə qadağa barədə qərar çıxarıb.

Xatırladaq ki, bu ilin iyun ayında Albaniya polisi “Mücahedin-e Xəlq”in düşərgələrində axtarış aparıb. Polis düşərgədəki kompüter avadanlığını müsadirə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*