Buxara şəhərindəki Poi-Kalyan kompleksinin (Kalon minarəsi, Kalon məscidi və Mir Ərəb mədrəsəsi daxildir) qarşısında gənc oğlan və qızın ədəbsiz rəqs etdiyi videosu sosial şəbəkələrdə yayılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, kompleks Buxaranın müqəddəs yerlərindən biridir və şəhərin tarixi hissəsində yerləşir.
Buxara şəhər polis idarəsindən verilən məlumata görə, hadisəni törədən şəxslər müəyyən edilib. Onların 2004-cü il təvəllüdlü E. M. və həmyaşıdı Səmərqənd Dəmir Yolu Texnikumunun 1-ci kurs tələbəsi A. A. olduğu məlum olub.
Qeyd olunub ki, onlar Poi-Kalyan kompleksinə gələrək rəqs ediblər və kamera qarşısında başqa nalayiq hərəkətlər ediblər.
Məlumata görə, gənclər xırda xuliqanlıq maddəsi ilə məsuliyyətə cəlb edilib. Polis hazırda baş verənləri videogörüntüyə çəkən şəxsi axtarır.
İqbal Rzayev,
KONKRET.az
