Məşhur aktyor boşandıbackend

Məşhur aktyor boşandı

Türkiyəli aktyor İbrahim Çelikkol və Mihre Çelikkol boşanıb.

KONKRET.az xəbər verir ki, bir müddətdir evliliklərində problem olduğunu danışan, lakin yayılan xəbərlər qarşısında susmağa üstünlük verən cütlüyün 5 illik evliliyi bu gün bir məhkəmə ilə bitib.

İbrahim Çelikkol və Mihre Çelikkolun iyun ayından ayrıldığı ortaya çıxıb. Aktyorun serial çəkilişləri üçün bir müddət Adanada olması səbəbindən cütlüyün ayrıldığı deyilirdi. Ayrılıq xəbəri nikah üzüklərinin çıxarılması ilə başlayıb. Sosial mediada birlikdə foto paylaşmayan cütlüyün münasibətlərini bərpa etmək üçün yaxın dostlarının müdaxilə etdiyi deyilir. Amma onlar bütün cəhdlərə baxmayaraq, bu qərarlarında qalıblar.

Qeyd edək ki, 2017-ci ildə sadə mərasimlə evlənən cütlüyün Əli adlı oğlu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*