“Ajansspor”un müxbiri Kartal Yiğit Kriştianu Ronaldoyla bağlı yanlış məlumat yayımladığına görə işdən çıxarılıb.
KONKRET.az xəbər verir ki, Kartal Yiğit dünən “Kriştianu Ronaldo Fənərbaxçada” başlıqlı paylaşım edib. Bu da nəinki sosial mediada gündəm olub, hətta xaricdə də böyük əks-səda doğurub.
Məşhur aparıcı paylaşımının qurbanına çevrilib. Belə ki, “Ajansspor” Kartal Yiğitlə yollarını ayırıb.
![]()
