Dünyaca məşhur basketbolçu Maykl Cordanın idman ayaqqabısı hərracda rekord qiymətə satılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, əşya 2,2 milyon dollara alınıb.
Sotheby’s hərrac evinin 2-4 milyon dollara satılacağını təxmin etdiyi imzalı ayaqqabılar Cordanın hərracda ən bahalı əşyaları arasında idi.
Qeyd edək ki, Cordanın ayaqqabılarının əvvəlki rekord qiyməti 1,47 milyon dollar olub.
Basketbolçunun 1998-ci ildə NBA finalında geyindiyi forma isə keçən il 10,1 milyon dollara satılıb.
Cəmi 6 NBA çempionluğu, 2 Olimpiya qızıl medalı və çoxsaylı digər mükafatlarla Maykl Cordan bütün zamanların ən güclü idmançılarından biri hesab olunur.

Rəsmiyyə Şərifova,
KONKRET.az
