Məşhur bloger Azərbaycanda dünyanın ən bahalı avtomobilini test etdi – VİDEObackend

Məşhur bloger Azərbaycanda dünyanın ən bahalı avtomobilini test etdi - VİDEO

Avtomobil blogeri və jurnalist Alan Yenileev Azərbaycanda “Ferrari Testarossa” markalı avtomobilin test sürüşünü edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə öz “Instagram” səhifəsində paylaşım edib.

“Aranızda “Ferrari” pərəstişkarlarınız varsa, şərhlərdə “Testarossa” ilə bağlı ən maraqlı məlumatları oxumaqdan məmnun olacağam.

Bu, həyatımın ən həyəcanlı anlarından biridir, keçmiş əfsanənin gerçək bir şəkildə yenidən oyanmasıdır”, – deyə avtomobil bloqeri öz paylaşımına əlavə edib.

Qeyd edək ki, 1984-1996-cı illər aralığında istehsal olunan sportkar 12 silindrli 5 litr həcmli mühərriklə təchiz olunub. Öz dövrünün ən son texnologiyalarının istifadə edildiyi mühərrik 390 at gücü hasil edirdi. Mexaniki sürətlər qutusu və yeni opozit tipli mühərrik 0-dan 100-ə qədər sürətlənməni 5.2 saniyəyə təmin edirdi. Satışa çıxarıldığı ilk günlərdə qiymətinin (181 000 ABŞ dolları) fantastik dərəcədə baha olmasına rəğmən “Ferrari” markasının fanatları bu maşına biganə qalmadı.

10 000 ədəd buraxılan bu model hazırda bütün dünyada raritet model sayılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*