Bu yay İssık-Kul gölünün yaxınlığında dincəlmək istəyənləri sürpriz gözləyir.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 6 iyun 2023-cü il tarixli fərmanla kurortda plastik paketlərin satışını və istifadəsini qadağan edib.
Məlumata görə, unikal kurortun sahilləri və suları kifayət qədər zibillə doludur.
Yeni qaydalar İssık-Kul gölünün qorunması, eləcə də ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, yeni fərman rəsmi dərc edildiyi vaxtdan on beş gün sonra qüvvəyə minəcək.
İqbal Rzayev,
KONKRET.az
