Messi PENTA-TRİK ETDİ – Puşkaşı keçdibackend

Messi PENTA-TRİK ETDİ - Puşkaşı keçdi

Argentina milli komandasının futbolçusu Lionel Messi Estoniya ilə yoldaşlıq görüşündə 5 top vurub.

KONKRET.az-ın məlumatına görə, 35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb.

Beləliklə, milli komandaların ən yaxşı bombardirləri siyahısında o, 4-cü yerə yüksəlib və Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı geridə qoyub.

İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kriştianu Ronaldu, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*