Metereoloji stansiyaların sayı 77-yə çatdırılacaqbackend

Metereoloji stansiyaların sayı 77-yə çatdırılacaq

2023-2026-cı illərdə metereoloji stansiyaların sayının 77-yə çatdırılması planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Əkbər Əsgərov
Türk Dünyası II Meteorologiya Forumuna ünvanlandığı videomesajda deyib.

“2020-2022-ci illər ərzində avtomat meteoroloji stansiyaların sayı 34-dən 51-ə çatdırılıb. Həmçinin, 2023-2026-cı illərdə üç aeroloji stansiya olması planlaşdırılır”,- deyə əlavə edib.

Qeyd edək ki, Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*