Operativ Qərargah mayın 11-də metronun fəaliyyətini bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
KONKRET.az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov brifinq zamanı hər şeyin yoluxmanın dinamkiasından asılı olacağını qeyd edib:
“Metronun fəaliyyətinin bərpa edilməsi vəziyyətdən asılıdır. Hər şey xəstəlikdən asılıdır. Mayın 11-nə doğru tendensiyanın necə olacağı müvafiq qərar qəbul etməyə imkan verəcək”.
