“Metroda biz sərnişinləri artistlər təbrik etməsin” – MARAQLI TƏKLİFbackend

“Metroda biz sərnişinləri artistlər təbrik etməsin” - MARAQLI TƏKLİF

Vətən müharibəsində parlaq qələbəmiz xalqımızın milli düşüncə tərzinə də müsbət təsirini göstərib. İndi cəmiyyətimiz hər məqamda torpaqlarımızı erməni işğalından qurtaran, Azərbaycanın adını dünya hərb tarixinə qızıl hərflərlə yazan fateh oğullarımızı görmək istədiklərini, onlara həssas münasibət sərgilənməsini dilə gətirirlər.

Bakı metropoliteninin 30 illik sərnişini kimi Aqil Əsədovun bu qurumun rəhbərliyinə sosial şəbəkə vasitəsilə ünvanladığı müraciəti buna bariz nümunə göstərmək olar.

Aqil Əsədov xatırladıb ki, qarşıdan xalqımızın qədim bayramı olan Novruz bayramı və çərşənbələr gəlir:

“Sizdən xahiş edirəm, metroda biz sərnişinləri bayram münasibətilə dj-lər, artistlər təbrik etməsin. Azərbaycan artıq FATEHLƏR ölkəsidir. Qoy, biz sərnişinləri Kəlbəcərdə, Laçında, Naxçıvanda 20 dərəcə şaxtada xidmət aparan qəhrəman Azərbaycan əsgəri, qazilər, Milli Qəhrəman övladları, Şuşa FATEHLƏRİ, Topçu Vüsal, düşmən əsirliyində belə cəsarət nümayiş etdirən Amin Musayev, düşməni lərzəyə salan Paşa ləqəbli igid və başqaları təbrik etsin”, – deyə ziyalı qeyd edib.

Xatirə Sadiq,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*