Metroda polisə hücum edənlərlə bağlı cinayət işi başlanıldı – FOTObackend

Metroda polisə hücum edənlərlə bağlı cinayət işi başlanıldı - FOTO

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən  polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*