Meyarsızlıq sindromu nədir? – Mübahisələr yaradacaq kitab işıq üzü gördü – FOTObackend

Meyarsızlıq sindromu nədir? - Mübahisələr yaradacaq kitab işıq üzü gördü - FOTO

“Şərq-Qərb” nəşriyyatında Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləru” kitabı işıq üzü görüb. Nəşriyyatın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının KONKRET.AZ-a verdiyi məlumata görə, oxucular kitabda N.Şəmsizadənin türkçülük, ana dili, şəxsiyyət, müstəqillik dövrü ədəbi prosesinin ziddiyyətli yönləri haqqında da maraqlı yazılar oxuya biləcəklər. Müəllifin polemika doğuracaq, bir çox mübahisələrə səbəb olacaq düşüncələrini əks etdirən məqalələr türkçülük məfkurəsinə, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunub. “Tənqiddə meyarsızlıq sindromu” məqaləsi oxucuların marağına səbəb olacaq. Bundan başqa, böyük mütəfəkkir tənqidçi Yaşar Qarayevin nəzəri görüşlərindən bəhs edən “İdrakın üfüqləri” araşdırması da kitabda təqdim edilən dəyərli əsərlərdəndir.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*