Meymunçiçəyi bundan sonra belə adlanacaqbackend

Meymunçiçəyi bundan sonra belə adlanacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) irqçi və damğalayıcı dildən qaçmaq üçün dünyada, xüsusilə Avropada təsiri olan meymunçiçəyi virusunun adını dəyişdirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın yazılı açıqlamasında virusun adının dəyişdirilməsi üçün beynəlxalq səhiyyə mütəxəssisləri ilə bir müddət fikir mübadiləsi aparıldıqdan sonra üzv dövlətlərə meymunçiçəyinə “Mpox” adının verilməsinin tövsiyə ediləcəyi bildirilib.

Açıqlamada, “Meymunçiçəyi epidemiyası ilin əvvəlində təsirini göstərməyə başladığı zaman internetdə irqçi və damğalayıcı ittihamların istifadə edildiyi xəbəri ÜST-ə çatdırılıb”, – deyə vurğulanıb.

Qeyd edək ki, endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan meymunçiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insan orqanizmində görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*