Mikael Minasyan: “Bu hakimiyyət müvəqqətidir – onlar çox tezliklə və birdən gedəcəklər”backend

Mikael Minasyan: "Bu hakimiyyət müvəqqətidir - onlar çox tezliklə və birdən gedəcəklər"

KONKRET.az xəbər verir ki, Ermənistanın üçüncü prezidentinin kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook hesabında hazırki iqtidarı tənqid atəşinə tutub.

Minasyan qeyd edib: “Bu hakimiyyətin müvəqqəti olması barədə xalq arasında niyə çox danışılır? Cavab aşkardır: insanlar başa düşürlər ki, ölkəni bu qədər təcrübəsiz şəkildə uzun müddət idarə etmək mümkün deyil. Bəs nə qədər davam edəcək? Məncə, uzun müddət çəkməyəcək.

Hər şeydən əvvəl bunu başa düşən və bilən elə məhz özləridir – “Mənim addımım” blokunun nümayəndələri. Buna görə də həyatdan ləzzət alırlar, öz qorxularını maskalamaq, ört-basdır etmək üçün yüksək səsli bəyanatlar yayıyrlar və avaraçılıqla məşğuldurlar. Hərçənd, nəsə bir şey edirlər: son bir neçə ayda oğurladıqları vəsait hesabına xaricdə özlərinə mülk alırlar ki, gələcəkdə ölkədən xalqın əlindən qaçmağa yerləri olsun.

Rejim “müvəqqəti işçi” psixologiyası ilə kirayəçi kimi davranır, ölkəni işğal edən “köçəri fəthçi” kimi. Tarixi bənzətmə ilə “köçəri işğalçılar” rejimi hər kəsi alt-üst edir və millətin müqavimət göstərmək qabiliyyətini məhv edərək kilsəyə, mədəniyyətə, ailəyə, dilə, tarixə, elmə və təhsilə zərər verir.

Nəticədə, rejim tamamilə islahat apara bilmədi, absurd, bəzən ağılsız, uzaq perspektivdə isə təhlükəli qərar və qanunlar qəbul etməklə bütün istiqamətlərdə münasibətləri pisləşdirdi. Bu qanunların və qərarların taleyinin nə olacağı növbəti hökumətdən asılıdır (onlar tamamilə ləğv edilə bilər və ya ən azı ehtiyatla düzəldilə bilər).

P.S. Bu rejim tezliklə gedəcək, hamısının və hər bir nümayəndəsinin peşəkarlıqla qeydə alınmış qanunsuz addımlarının arxivini tərk edərək gedəcək. Bunu da təəssüf ki, düzəltmək olmayacaq. Heç nəyi gizlətmək olmayacaq. İndi elə vaxtlar deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*