Milli Məclisin deputatı Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyi statusunu silib.
KONKRET.az xəbər verir ki, deputatın “Facebook” hesabındakı məlum status artıq görünmür.
Qeyd edək ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur.
Xatırladaq ki, millət vəkili bu məlumatı ictimailəşdirən jurnalistləri – baş redaktorları təhqir edən status yazmışdı.
