Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədr müavini, deputat Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
KONKRET.az xəbər verir ki, deputat “Milli Məclisin 2024-cü il üçün xərclərinin smetasına dair” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycan parlamenti artıq keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi üçün bir sıra addımlara ehtiyac yaranıb.
Deputat daha sonra deyib: “Yaxşı olardı ki, deputatların indiki kompüterlərini daha funksional kompüterlərlə əvəz etmək üçün vəsait ayrılsın”.
“Yeni keyfiyyət statusu ilə Milli Məclisin xərclərini artırmaq lazımdır, bu, istifadə etdiyimiz texniki avadanlıqların yenilənməsinə də aiddir”, – deyə o bildirib.