backend

“Milli Məclisin passivliyi təəccüb doğurur” – Belə parlament bizə lazım deyil

Milli Məclis buraxılmalıdır. Birmənalı şəkildə demək olar ki, hazırki deputatların əksəriyyəti ölkədə və dünyada gedən proseslərə ya biganədir, ya da bu prosesləri anlamaq iqtidarında deyil.

KONKRET.az xəbər verir ki, tanınmış jurnalist Eynulla Fətullayevin ATƏT-in Minsk qrupu ilə bağlı geniş yazısında da Milli Məclisin konkret passivliyi qınanılıb.

E.Fətullayev məqaləsində vurğulayır ki, qısa zaman ərzində, yarım ildən də az vaxtda Fransa Ermənistanın dəstəklənməsinə və Azərbaycana qarşı yönələn ikinci qətnaməni qəbul edir. BMT üzvü olan dövlətin ərazi bütövlüyünü şübhə altına alır. Və həmsədr ölkənin parlamentində bütün bu başıpozuq müzakirələr Fransa hökumətinin nümayəndələrinin, nazirlərin və dövlət katibinin Ermənistana əsrlik dostluq bəyanatları fonunda baş verir. Fransa nəinki həmsədr kimi neytrallığını pozub, eyni zamanda diplomatik etiketi və ədəb qaydalarını bir kənara ataraq Ermənistanın tərəfində Azərbaycanla münaqişəyə girib. Bundan sonra Fransanın həmsədr kimi hansı statusundan söhbət gedə bilər?

“Bəs Milli Məclis niyə susur?

Əgər hətta yaxın vaxtlarda Minsk Qrupu öz fəaliyyətini bərpa etsə belə, Azərbaycan tutarlı siyasi dəlillərə söykənərək Parisin həmsədr statusundan məhrum edilməsi məsələsini qaldırmalıdır. Minsk qrupu? Buyurun, amma Fransasız. Və Azərbaycan Ermənistanın aqressiv müttəfiqi Parislə mübarizədə təkcə bu addımla kifayətlənməli deyil. Azərbaycan hakimiyyətinin Fransa ilə münasibətlərinə yenidən baxmasının da məqamı gəlib çatıb. Diplomatik münasibətlərin kəsilməsinə qədər. Və Fransanın Azərbaycana qarşı təcavüzə cəlb olunmasını bu günə qədər müzakirəyə çıxarmayan Milli Məclisin passivliyi də təəccüb doğurur. Azərbaycan parlamentinin üzvləri Fransanın aqressiv siyasətinə tarixi rakursları ilə hüquqi qiymət verməlidir. Fransanın Əlcəzair və Tunisdə törətdiyi soyqırımı qınamalıdır, Liviyanın bötövlüyünü pozmağa yönələn təxribatçı siyasətinə və Livanda oyanmış imperialist iştahına qarşı öz mövqeyini bildirməlidir.

Üstəlik Fransa Avropa islamafobiyasının, antisemitizmin, türkofobiyanın və ksenofobiyanın flaqmanına, Avropa dini-əxlaqi və humanist dəyərlərinin qəbirqazanına çevrilib. Fransa Azərbaycana meydan oxuyur və cavabını almalıdır!”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*