Millimiz 1/4 finalda!backend

Millimiz 1/4 finalda!

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

KONKRET.az xəbər verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək play-offa adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub.

Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1.

İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, 1/4 finalda yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*