Millimiz İtaliyaya qalib gəldibackend

Millimiz İtaliyaya qalib gəldi

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, İtaliya kollektivi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*