Milyonların xərclənəcəyinin elan olunmasına qətiyyətlə etiraz edirəm – Aslan İsmayılovbackend

Milyonların xərclənəcəyinin elan olunmasına qətiyyətlə etiraz edirəm - Aslan İsmayılov

“Bütün ölkə vətəndaşlarının etiraz etməsinə baxmayaraq Avropa Olimpiya Oyunları, Formula-1 yarışlarına milyardlar xərclənəndə dəstəkləmişəm ki, bu ölkənin gələcəyi, xaricdə imicinin formalaşması, tanınması üçün çox vacidir. Çoxlarının haqqımda cürbəcür böhtanlar yağdırmasına baxmayaraq bu gün də həmin fikirdəyəm. Mərkəzi Banka yeni 160 metr hündürlüyündə binanın tikintisinə yüz milyonların xərclənəcəyinin elan olunmasına isə qətiyyətlə etiraz edirəm”.

KONKRET.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Hər işdə bir hesablama, əndazə olmalıdır. Vətən Müharibəsində şəhid olanların ailələrinə, yaralıların müalicəsinə pul çatışmazlığının elan edildiyi bir dövrdə heç bir ehtiyac olmadan Mərkəzi Banka yeni binanın tikilməsi üçün yüz milyonların xərclənməsi heç bir izahı olmayan yersiz addımdır. Əlavə olaraq bildirim ki, Vətən Müharibəsindən sonra azad olunmuş torpaqların abadlaşdırılması üçün bu gün hər manatın xərclənməsinə fikir verilməlidir” – A.İsmayılov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*