Mina ilə ən çox çirklənmiş ərazilər AÇIQLANDIbackend

Mina ilə ən çox çirklənmiş ərazilər AÇIQLANDI

“Ötən ilin noyabrından bugünədək 20 min hektara yaxın ərazi mina və partlamamış sursatdan təmizlənib”.

KONKRET.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

“Mina ilə ən çox çirkləndirilən yerlər Füzuli, Ağdam və Tərtər, keçmiş təmas xətti boyunca yerləşən ərazilərdir”, – o qeyd edib.

V.Süleymanov qvurğulayıb ki, Azərbaycan ərazisinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır:

“Ermənilər işğal dövründə sıx və ikiqat minalar, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Qoyulan müxtəlif minaların altına partlayıcı qurğular yerləşdirilib”.

ANAMA sədri azad olunan ərazilərdə son zamanlar insanların minaya düşməsi hallarının təmizlənməmiş əraziyə girişlər nəticəsində baş verdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*