Mingəçevirdə yol qəzası: Yaralananlar varbackend

Mingəçevirdə yol qəzası: Yaralananlar var

Mingəçevirdə yol qəzası olub, yaralananlar var.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, Yüksək Texnologiyalar Parkının yaxınlığında baş verib.

Belə ki, biri taksi xidməti ilə məşğul olan “VAZ2107” markalı olmaqla iki minik avtomobilinin toqquması nəticəsində 5 nəfər yaralanıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İsmayılov Pərviz Eyvazoviç, 2012-ci il təvəllüdlü İsmayılov Kamal Ziyad oğlu, 2009-cu il təvəllüdlü İsmayılov Ömər Ziyad oğlu, 1974-cü il təvəllüdlü Paşayeva Türanə Qəşəm qızı və 1969-cu il təvəllüdlü Paşayeva Təranə Qəşəm qızı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*