“Minimum əməkhaqqı payızda artırılacaq, məbləğ isə…” – Vüqar Bayramovun ŞƏRHİbackend

“Minimum əməkhaqqı payızda artırılacaq, məbləğ isə...” - Vüqar Bayramovun ŞƏRHİ

2024-cü ilin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Xatırladaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin əvvəlində artırılıb. O zamandan bu yana minimum əmək haqqı 345 manatdır.

Bəs payızda nəzərdə tutulan artımlardan sonra minimum əmək haqqı nə qədər ola bilər?

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov KONKRET.az-a açıqlamasında bildirib ki, minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin noyabrınadək təkliflərin hazırlanması və təqdim olunması gözlənilir:

“Hazırlanan təkliflər hökümətdə nəzərdən keçirildikdən sonra büdcə paketi çərçivəsində müzakirə olunacaq. Bundan sonra, gələn ilin əvvəlindən minimum əmək haqqının artırılacağı gözlənilir. Hələlik minimum əmək haqqının nə qədər artırılacağı ilə bağlı rəsmi rəqəmlər və proqnozlar yoxdur. Amma bununla belə, biz minimum əmək haqqının artırılması ilə bağlı təkliflərimizi təqdim edirik. Nəzərə alaq ki, minimum əmək haqqı artırılan zaman birmənalı şəkildə ötən müddətdə orta aylıq əmək haqqındakı artım faizinin, eləcə də infilyasiyanın nəzərə alınmasına ehtiyac var. Nəzərə alaq ki, həm nominal ota aylıq əmək haqqındakı artım, həm də infilyasiya səviyyəsi ötən müddətdə 2 rəqəmli olub. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, minimum əmək haqqının 2 rəqəmli həddə artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur. Minimum əmək haqqı artırılan zaman orta aylıq əmək haqqındakı artımın da nəzərə alınmasını vacib hesab edirik. Düşünürük ki, meyar olaraq nominal orta aylıq əmək haqqındakı artımı nəzərə alaraq qərarın verilməsi daha məqsədəuyğun olardı. Bu əsaslandırılmış yanaşmadır. Ona görə də minimum əmək haqqının artım faizinin 2 rəqəmli olacağı gözlənilir. Amma konkret rəqəmi biz ancaq bu payız keçirilən büdcə müzakirələrindən sonra söyləyə biləcəyik”.

Natiq Səlim

KONKRET.az

  • Hidayət
    İyul 23, 2024 - 13:25

    Yenə boşboğaz jurnalistlər belə boşboğaz deputlarin fərziyyələrini yayirlar. Təkliflər hazirlanir, payiza kimi hazır olsa, gələn ilin əvvəlində baxsalar, ola bilər qəbul etsələr, ola bilsin ki, artim lar olsun, və yaxud ola bilər.

  • Sahib
    İyul 23, 2024 - 15:55

    Bir ildir bu adam boşboğazlıq edir.Hansı artımdan danışır özü də bilmir.Belə adamlar bu kürsüləri necə tuturlar?Milləti nə qədər ələ salmaq olar?

  • Elhan
    İyul 23, 2024 - 17:08

    Hormetli vuqar bayramov siz iqtisadci ekspertsiz ancaq verdiyiniz serh iqtisadciya uyqun deyil.Siz bunu sehifeniz bosqalmasin deye edirsiz?

  • Laçın
    İyul 23, 2024 - 18:27

    Salam aleykum ALLAH SİZİ VE SİZİN Timsalınızda bütün XALQIMIZI QORUSUN
    SİZDƏN XAHİŞ EDİRƏM BU CAMAAT ÜÇÜN BİR şərait yaradın kasıblarda Sosyal alsın Vallah uje özüm öldürmək həddinə çatmışam 4 usaqla tənha qadın menım Sosyalım düzeltmırler xahi edirəm köməklik edəsiz

  • Lamiə
    İyul 23, 2024 - 19:47

    Opek ölkəsi və 345 manat minimum əmək haqqı. Biabırçılıqdır. Hörmətli Vüqar müəllim real infilyasiya faizin deyində. Bazar və market Avropa qiyməti belə deyil çünki artıq hərkəs yaxşı bilir qiymətləri. Ancaq əməkhaqqı Afrika . Bu necə iqtisadi göstəricilərdir. Oturub durub orta aylıq əməkjaqqı deyirsiniz. Dünyanın heç bir ölkəsində o termin yoxdur. Çünki azad iqtisadi bazar var çox qazanan işçisinə çox ödəyir kimə nə vergisin verir. Ancaq minim əməkhaqınl dövlət iş adamları ilə müzakirə edərək ortaq qərarla alırlar və bu zaman əhalinin rifahı,alıcılıq qabiliyyəti əsas götürülür. Bəli indi hörmətli Vüqar müəllim niyə bu xalqı bu qədər cahil bilirsiniz.

  • Amin
    İyul 23, 2024 - 21:18

    Pensiya kapitalıni verine biyabırçılıqdi .30000 manat pensiya kapitalım var.10000 manat kreditim var.kul tepenize pensiya lazım deyil bizə kapitalda olan pulumuzu verin

  • Saməddin
    İyul 23, 2024 - 23:28

    Ölkədə inflyasiya yuxarı həddədir..istehlak səbəti xeyli artıb qiymət baxımından..nədənsə 2023 cü ildən nağıl danışılır artımla bağlı…345 manat bu gün gülünc əmək haqqıdır

  • Ramiz
    İyul 24, 2024 - 02:12

    Pensiyalarin meblegi çox azdir,her şeyin giymeti günbe gün artir amma pensiya meblegi ilde bir defe ve cüzi artim olur erzag,kamunal,giymetlerine baxanda yaşamag çox çetinleşib Azerbaycanda giymetler baximindan,il be il agirlaşir dolanişig.

  • Vusala
    İyul 24, 2024 - 09:57

    Cox guman ki, 2 reqemli 10 azn ola biler.esas odur artim oldu bu qeder bahalashma qarshisinda. 220 azn anam muavinet alir, bu il hec muavineti de qalxmadi. Zehmet olmasa, 3-5 azn pensiya qaldiranda nuavinet alanlari, ushaqlari da dushunun. Pensiya yashini da ashagi salin ki, ishe goturulende yash limiti qoyulur hec olmasa uzlashsin.

  • Pbn
    İyul 24, 2024 - 10:24

    2 rəqəmli artırılacağı yəqin ki 1.1 % artacaq sonucda buda 2 rəqəmli sayılır muminum əmək haqqıda masalarda maksimum qaldırmaq lazımdır bunun üçün kifayət qədər imkanlarımız var..

  • Sənan
    İyul 24, 2024 - 11:11

    Salam özəl sektorara ayid olacaq artım bizim şilkətdə artım olmur deylər biz özəlik ona görə bizə ayid deyir

  • Selahaddin
    İyul 24, 2024 - 15:44

    Sözüm ümumi bu ölkəni idarə edənlərədir: -Yeyin ölkənin təbii sərvətlərindən gələn pulları kasıba fəhləyə 345 manat, özünüzə 6000-7000-11000-12000 və daha çox. Hələ rüşvət və korrupsiya ilə qazandıqlarılarınızı demirəm. Gedin gedin evinizdəki qadınlara alt paltarlarını da millətdən oğurladığınız pullarla alın sonra da qeyrətdən, ədalətdən, dövlətçilikdən danışın

  • Vidadi
    İyul 24, 2024 - 20:47

    Artan qiymetlerle minumum emak haqqi ve teqaud alan insanlar payiza qeder nece kecinmelidir???

  • DavidovA.
    İyul 25, 2024 - 12:32

    İwe götürme yaw həddi 35_ qoyub bütün iwe qebul sistemleri.Pensiyani ölənə yaxin yada öləndən sonra verilirBu qaragun canımızdan aslı olan balalarimizi neyle temin edek?Sosial yardım almaq ucun 100 nov sened istyrler.Tibbi sugortaynan edibler güya ela olub. bir aydı bir hekimin qebuluna duwe bilmirem.!!!!! bir men DEYİLEME minlerle milyonlarla insan eziyyet cekir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*