Minimum əməkhaqqı artırılır – Təkliflər hazırlanırbackend

Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.

KONKRET.az xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Sənəddə, həmçinin noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi qeyd olunub. Bundan əlavə minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*