Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da varbackend

Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var

Ermənistanda Rusiyada mümkün yeni səfərbərliklə bağlı iddia gündəmə gəlib. Bildirilir ki, oktyabr ayında Rusiyada genişmiqyaslı səfərbərlik elan olunacaq və bu səfərbərlikdən qaçan yüz minlərlə rus İrəvana gəlib kirayə ev axtaracaq.

Belə bir ssenari reallaşarsa, rusların bir hissəsi Azərbaycana da üz tuta bilərmi? Regionu, o cümlədən ölkəmizi nə gözləyir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, belə qərar qəbul olunarsa, 2022-ci ildə olduğu kimi əsas miqrasiya istiqamətləri Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə olacaq:

“Lakin Azərbaycanın da bu axından tamamilə kənarda qalacağını demək olmaz. Yəni ölkəmizə qohumluq, işgüzar və şəxsi əlaqələri olan, xüsusilə informasiya texnologiyaları, maliyyə, eləcə də xidmət sahələrində çalışan rusların gəlməsi mümkündür. Hesab edirəm ki, Azərbaycana axın Ermənistan və Gürcüstanla müqayisədə daha məhdud və seçici xarakter daşıyacaq”.

Politoloq bildirib ki, kütləvi axın regionda kirayə qiymətlərinin bahalaşmasına, xidmət sektorunda tələbatın artmasına və əmək bazarında rəqabətin güclənməsinə səbəb ola bilər:

“Müəyyən sayda ixtisaslı mütəxəssisin gəlməsi iqtisadi fəallıq yaratsa da, nəzarətsiz miqrasiya təhlükəsizlik, qanunsuz məşğulluq, maliyyə əməliyyatları və sanksiyalardan yayınma cəhdləri baxımından əlavə risklər doğuracaq. Azərbaycan üçün əsas məsələ ölkəyə gələn şəxslərin qeydiyyatının, fəaliyyətinin və maliyyə mənbələrinin ciddi şəkildə yoxlanılmasıdır. Düzgün idarəetmə olduğu halda bu proses iqtisadi imkan yarada bilər, lakin axın böyük və nəzarətsiz olarsa, xüsusilə Bakıdakı mənzil bazarı, sosial xidmətlər üzərində təzyiq artacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*