Mirşahin: “Biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil” – VİDEObackend

Mirşahin: "Biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil" - VİDEO

Real TV-nin rəhbəri Mirşahin Ağayev Lider TV-də yayımlanan “SƏDA-dan sonra” verilişinin qonağı olub.

KONKRET.az xəbər verir ki, Mirşahin Ağayev qatıldığı proqramda jurnalist Vüsal Məmmədovun son günlər Azərbaycanın gündəmində olan məsələlərlə bağlı suallarını cavablandırıb.

Azərbaycan hökumətinin koronavirusla mübarizədə Tədbirlər Planı çərçivəsində işsiz insanlara adambaşına 190 manat məbləğində vəsait verilməsi məsələsinə də toxunan Mirşahin Ağayev bildirib ki, əslində, vətəndaşlar dövlətdən bu vəsaiti istəməməlidirlər:

“Bilirsiniz, “mən evdə qalıramsa, axı mənə pulu kim verəcək? sualının cavabı bu olmalıdır ki, axı sənə küçədə pulu kim verir? Axı küçədə də sən işləmirsən, tum çırtlayırsan, əlini cibinə qoyaraq gəlib-gedənə baxırsan və bununla da sıxlıq yaradırsan. Yəni, söhbət ondan gedir ki, biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil. Müharibə şəraitində olanda Prezident Ali Baş Komandana transformasiya edilir, Vətən dönüb olur dövlət və hər bir vətəndaş Vətənə, dövlətə xidmət etməlidir. Mən buradan bir daha Azərbaycan vətəndaşlarına müraciət edərək xahiş edirəm ki, dövlətdən nə isə istəmək kimi kaprizlərinizi arxa palana keçirin. Bu saat biz dövlətə nə isə verməliyik, dövlətdən nəsə istəməli deyilik”.

Mirşahin Ağayev problemli kreditlərlə bağlı məsələyə də toxunub:

“Artıq Prezidentimizin tapşırığı ilə ölkədə problemli kredit məsələsi həll olunub. Ancaq bu məsələ gündəmə gələndə, bəlkədə problemli kredit probleminin əleyhinə qətiyyətli mövqe tutan yeganə adamlardan biri mən idim. Mən istəmirdim ki, Azərbaycanda problemli kreditlər həll olunsun, mən istəyirdim ki, problemli krediti vətəndaş özü həll etsin. Mənə maraqlı deyil ki, kimsə sosial şəbəkədə məni söyür. Mənə maraqlı olan sözümün həqiqət olmasıdır. Vətəndaş dövlətin rəhbərliyinə özünün terrorçu düşüncəsini dirəməməlidir. Çox adam düşünür ki, mənə dövlət kömək etməlidir. Bizdə bəzi vətəndaşlar özünü dövlətdən ayırıblar”.

  • omer
    Aprel 9, 2020 - 22:31

    mirsahin bey murad bey neftin xalqain olmadigini deyib socardan xezere sef secildi..bu heqiqet idi.amma hec kim bunu deye bilmir.belke socarin boyukleride.amma murad bey dediyi ucun ona minnetdarliqlarin bildirdiler..sizde haminin deye bilmediyini deyirsiniz.in sallah sizede vezife vererler..her ikinize ugurlar

  • MƏHSƏTİ XUDAVERDİYEVA
    Aprel 10, 2020 - 13:11

    “DOĞRUNUN QUYUDAN ÇIXMASI” BELƏ BİR RƏSM ƏSƏRİ VAR 1896- Cİ İLDƏ ÇƏKİLİB.

  • MƏHSƏTİ XUDAVERDİYEVA
    Aprel 10, 2020 - 13:13

    TUM ÇIRTLASADA YENE BİR İŞİ OLUR ƏN AZINDAN DİLENİR….EVDE OTURUNCA HEÇ NƏ OLMUR AXI

  • NAMİQ
    Aprel 12, 2020 - 22:31

    Bunun dediyindən belə çıxır ki işsizlər əl ayağa dolaşır artıqlıq edir sıxlıq yaradır.Bəs ANS bağlananda o qapı sənin bu qapı mənim bir dövlət qurumu qalmamışdı ANS-in işçiləri ilə küçələrdə məhkəmənin qarşısında sıxlıq yaradırdılar və demək olar ki işsiz qalıb tum da çırtlayırdılar.

MƏHSƏTİ XUDAVERDİYEVA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*