Mirşahin: “Hadisələrə qiymət verəndə “xalq öz namusunu geri qaytardı!” kimi ifadələrlə ifrata varırıq”backend

Mirşahin: “Hadisələrə qiymət verəndə “xalq öz namusunu geri qaytardı!” kimi ifadələrlə ifrata varırıq”

“Sovet işğalının başlanma tarixi olan 7 noyabr 30 il əvvələ kimi Azərbaycanın əsas bayramı kimi qeyd olunardı. Amma biz indi 7 noyabrda Zəfər bayramını qeyd etməyə hazırlaşırıq. 8 noyabr əslində həm də 7 noyabr üzərində qazanılmış qələbədir. Böyük günlər, əzəmətli tarixi hadisələr içində yaşayırıq”.

KONKRET.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

“Emosiyalarımız hətta o həddə çatır ki, Azərbaycanın ərazi bütövlüyünün təqdim olunması, işğal altında olan torpaqların geri qaytarılması tək onsuz da özlüyündə ən böyük tarixi nailiyyətimiz olan hadisələrə qiymət verəndə – “xalq öz namusunu geri qaytardı!” kimi ifadələrlə ifrata varırıq. Unuduruq ki, belə olan halda bütün bir xalqın, bütün bir dövlətin 27 il namussuz yaşadığını iddia etmiş oluruq. Xalq binamus olmur! Başa düşürəm, bizə “şair xalq, nəğməkar xalq!” deyib beynimizin riyazi tərəfini bir az keyidiblər, amma hətta, bu özünə poetik vurğunluq belə bizim obyektiv, məsuliyyətli olmağımıza mane olmamalıdır” – M.Ağayev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*