Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi ilə tanış olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İllik seminar çərçivəsində Mirzoyanın başçılığı ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi və xaricdəki diplomatik xidmət qurumlarının nümayəndələri Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd keçid məntəqəsini ziyarət ediblər.
Səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan keçid məntəqəsinin təmiri və təchizatı üzrə görülən işlərin nəticələrini təqdim edib. O bildirib ki, “Marqara” keçid məntəqəsi istismara tam hazırdır.
