Misir və Azərbaycanın tarixən dost və qardaş ölkə olduğunu xatırladan Şeyx Əli Cümə iki dövlət arasında əlaqələrin inkişafına töhfələr verildiyini və bundan sonra da bu fəaliyyəti davam etdirməyə hazır olduğunu söyləyib
Misir Ərəb Respublikasında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşları ölkə parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Prof. Dr. Şeyx Əli Cümə ilə görüşüb.
Komitədən KONKRET.az-a verilən məlumata görə, Misir parlamentinin binasında baş tutan görüşdə DİDK sədr müavini Elşad Əliyev, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, komitənin və səfirliyin əməkdaşları iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını misirli millət vəkilinə çatdıran sədr müavini Afrika dövlətləri arasında ilk dəfə olaraq Misirdə Azərbaycan səfirliyinin açılması, Misir-Azərbaycan dostluq qrupunun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışıb. Komitənin sədr müavini Şeyx Əli Cümənin diasporumuzun fəaliyyətinə dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini deyib, Misirin 3 Universitetində Azərbaycan dilinin tədris olunmasını təqdirəlayiq hal adlandırıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin Vətən müharibəsində parlaq qələbə qazanması münasibətilə dövlət başçımıza ünvanladığı təbrik məktubuna görə DİDK sədrinin adından Şeyx Əli Cüməyə minnətdarlıq bildirilib.

Misir parlamentarisi yox vəkili….mən Azərbaycan tarixində bu qədər savadsız jurnalist sürüsünü heç görməmişdim