Mixail Maqid: “Reallıq Azərbaycanın xeyrinə kökündən dəyişir”backend

Mixail Maqid: “Reallıq Azərbaycanın xeyrinə kökündən dəyişir”

“Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilk növbədə bu iki ölkənin təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığın gücləndirilməsinə və iqtisadi tərəfdaşlığın genişləndirilməsinə yönəldilib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri  Yaxın Şərq üzrə ekspert Mixail Maqid özünün TQ səhifəsində bildirib.

O daha sonra bunları qeyd edib: “Şuşa Bəyannaməsi tamamilə fərqli bir siyasi reallığın formalaşmasına kömək edəcək. 1920-ci illərdən bu yaxınlara qədər, yəni bir əsr boyunca Türkiyənin Cənubi Qafqazdakı rolu əhəmiyyətsiz idi. Hətta SSRİ dağıldıqdan sonra da bölgə tamamilə Rusiyanın hakimliyində idi. Qars müqaviləsi bir zamanlar bu vəziyyəti təmin edən əsas oldu.

İndi reallıq kökündən dəyişir. Cənubi Qafqazda iqtisadi və hərbi gücü Rusiya ilə müqayisə edilə bilən yeni güclü bir oyunçu meydana çıxdı. Bu tamamilə yeni bir vəziyyətdir: Türkiyə SSRİ-nin keçmiş bölgəsinə hərbi mütəxəssisləri və hərbi texnologiyaları ilə, iqtisadi və geosiyasi layihələri ilə gəlir. Şuşa Bəyannaməsi, yeni vəziyyəti möhkəmləndirən, Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə əməkdaşlığı rəsmi olaraq vurğulayan bir sənəddir.

Şuşa Bəyannaməsi və Qars Müqaviləsi, hər birinin müəyyən bir siyasi gerçəkliyi var və bir-birinə çox bənzəyir. Ancaq reallıq çox fərqlidir!.

Mixail Maqid xatırladıb ki, 1921-ci il oktyabrın 13-də bağlanan Qars müqaviləsi Cənubi Qafqazın üç respublikası – Gürcüstan, Ermənistan və Azərbaycan, habelə Türkiyə ilə Rusiya arasında bir razılaşmaya çevrilib. Bu razılaşma, daha əvvəl bağlanmış həmin il 16 Mart tarixli Rusiya-Türkiyə Moskva Müqaviləsinin nəticəsi idi”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*