MM Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdibackend

MM Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdi

Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*